Məlahət İbrahimqızı: "Bu ən azından tərbiyəsizlikdir" EKSKLÜZİV

Məlahət İbrahimqızı: "Bu ən azından tərbiyəsizlikdir" EKSKLÜZİV

Erməni xisləti bir daha özünü göstərdi. Bunu SİA-ya açıqlamasında miilət vəkili Məlahət İbrahimqızı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının iclasında Ermənistan nümayəndəsi Raffi Hovanisyanın Bakı Bəyannaməsinə etiraz etməsinə münasibət bildirərkən deyib.

Azərbaycan belə yüksək səviyyəli tədbir keçirdi ancaq ermənilik yenə də özünün iç üzünü göstərdi: "Bu konfransda 35 ölkədən 200-ə yaxın nümayədə iştirak edir. Ancaq dünyanın ən qüdrətli ölkələrinin qəbul etdiyi Bakı Bəyannaməsinə Raffi Hovanisyan etiraz edir. Buna hər bir kəs hörmətlə yanaşmalıdır. Bu bəyannamədə Ermənistan adı da çəkilməyib. Sadəcə, olaraq BMT-nin qəbul etdiyi qətnamələrin sülh yolu ilə həyata keçirilməsi öz əksini tapıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün tanınmasının reallaşması qeyd olunub. Buna qarşı Raffi Hovanisyanın mədəniyyəti göz qabağındadır. Düşünürəm ki, bu insanın nə etikası, nə siyasi mədəniyyəti və də bunu anlayacaq savadı var. İCAPP beynəlxaq tədbirdir və onun qaydalarını pozmaq ən azından tərbiyəsizlikdir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə