Asiya Ölkələrinin siyasi partiyaları Azərbyacanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransında Raffi Ovannisyanın Bakı Bəyannaməsinə etiraz etməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Asiya Ölkələrinin siyasi partiyaları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması tələb ediblər. "Asiya Ölkələrinin siyasi partiyaları nümayəndələri qeyd etdilər ki, Azərbaycan BMT-yə daxil olarkən tərkibinə hansı ərazilər vardısa həmin ərazilər daxilində də bərpa olunmalıdır. Onlar Ermənistanın BMT-nin qəbul etdiyi 4 qətnamə layihəsinə əməl etməməsini də pisləyiblər. Bakı Bəyanaməsinin də yekdilliklə qəbul olunmasından sonra Raffi Ovannisyanın başqa əlacı yox idi".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB