"Sizlər eşitdiklərinizə deyil, gördüklərinizə inanmalısınız"

"Sizlər eşitdiklərinizə deyil, gördüklərinizə inanmalısınız"

"Sizlər eşitdiklərinizə deyil, gördüklərinizə inanmalısınız". SİA-nın xəbərinə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirakı zamanı Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov erməni nümayəndəsinin çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vaxtilə 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın arzusunda olub: "Lakin erməni separatçı rejimin öz vətəndaşlarına qarşı törətdiyi ağılasığmaz hərkətləri erməni xalqının adıçəkilən ölkədən didərgin düşməsinə gətirib çıxarırdı. Erməni rəhbərliyi heç bir zaman Azərbaycanı bir dövlət kimi qəbul etməyib, əksinə ona qarşı müxtəlif üsullarla zorakılıq siyasəti həyata keçirib".

Bütün xəbərlər Facebook səhifəmizdə