Sevinc Fətəliyeva: "Məqsədimiz regonda sülhə nail olmaqdır"

Sevinc Fətəliyeva: "Məqsədimiz regonda sülhə nail olmaqdır"

Azərbaycanımız çox sürətlə inkişaf edir. Bu inkişafı özünüz şəhərimizi gəzərək görə bilərsiniz. SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Sevinc Fətəliyeva Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında çıxışı zamanı qonaqlara müraciətində bildirib.

Millət vəkili deyib ki, bir çox neqativ hadisələrlə qarşılaşırıq ancaq bunların qarşısını almağa qadirik: "20 ildən çoxdur ki müstəqil dövlətik, hər gün ətrafımıza yeni tərəfdaş ölkələri cəlb edirik. İtkilərimiz də çox olub. Ancaq istər siyasi, istərsə də iqtisadi sahədə bir çox uğurlarımız olub. Ən vacib məsələ regionda sülhə nail olmaqdır. Bu gün biz 20 % torpağımızı itirmişik. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Gözlənilməz hadisələrlə üzləşirik. İstəyimiz budur ki, regonda sülhə nail olaq. Qonşularımızla mehriban və birgə yaşayaq".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə