1915-ci il hadisələrinin "soyqırımı" adlandırılması heç bir halda həqiqətə uyğun deyil. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin hakim partiyası olan AKP-li deputat Ərcan Candan Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında çıxışı zamanı Ermənistanın İrs Partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyanın dediklərinə münasibət bildirərkən deyib.
Türkiyəli deputat hesab edir ki, "Həmin vaxt ermənilərin Türkiyədə "soyqırımına" məruz qalması barədə iddialar tarixin və həqiqətin saxtalaşdırılmasıdır. Türkiyə ötən əsrin əvvəllərində ölkəsinin dörd Avropa dövlətinin işğalı ilə üzbəüz idi. Ermənilərin həmin vaxta qədər Türkiyədə türklərlə birgə yaşamağına baxmayaraq, onlar bu işğal addımlarından istifadə edərək separatizmə baş vurdular. Biz o vaxt işğalçıları məğlub etdik. Erməniləri də Türkiyədən qovmadıq, onlar özləri Türkiyədən çıxıb getdilər. Bu gün sizin prezidentiniz deyir ki, Qarabağı azad etmişik, indi növbə Araratındır. Özü də prezidentiniz gənclərinizə müraciət edərək deyir. İndi gəlin görək, kim düz, kim yalan danışır, kim həqiqətin tərəfindədir, kim yalanın? Ona görə də buradakı fikirləri əsassız və Türkiyəyə qarşı növbəti yalan hesab edirəm".
Qeyd edək ki, İrs Partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyan çıxışında iddia edib ki, guya ermənilərə qarşı ən böyük "soyqırımı" türklər törədib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB