Bir azərbaycanlı və ziyalı kimi Uruqvaylı parlamentarilərin Ermənistana getmələrini və oradan da Dağlıq Qarabağ regionuna səfət etmələrini həddən artıq pisləyirəm. Bunu SİA-ya Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.
Deputatın sözlərinə görə, Uruqvayın siyasi dairələri parlament rəhbərinin belə bir qərarı heç bir məntiqə söykənmir: "Bu kobud, ağlasığmaz və heç bir reallığa uyuşmayan hərəkətdir. Əminəm ki, bütün dünya ictimaiyyəti, dünyanın siyasi xadimləri bu qərarı mənfi bir addım kimi qiymətləndirir. Azərbaycan prezidenti İlham Əliyev də haqlı olaraq dəfələrlə qeyd edib ki, bizim ən böyük düşmənimiz erməni lobbisidir. Erməni lobbiçiliyi ən iyənc üsullara əl atır. Artıq bizim ərazi bütövlüyümüzü dünya tanıyır. Hesab edirəm ki, kimsə hər hansı bir divident qazanmaq üçün Ermənistana səfər edirsə, bu kobud şəkildə qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB