Əli Əhmədov: "Keçmiş nazirin söylədikləri reallığı əks etdirmir"

"Beynəlxalq qurumlar Azərbaycan torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər"
Əli Əhmədov: "Keçmiş nazirin söylədikləri reallığı əks etdirmir"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP)Sədr müavini-icra katibi Əli Əhmədov Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin "İrs" Partiyasının sədri Raffi Ovanissyanın Dağlıq Qarabağ barəsində söylədiyi fikirlərə münasibət bildirib. SİA-nın məlumatına görə, YAP-nın icra katibi jurnalistlərə müsahibəsində deyib ki, Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq bunlar reallığı əks etdirmir.

"Onun söylədikləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır. Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropa qurumları, istərsə beynəlxalq birlik, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycanın torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər. Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın təmamilə əsassız olduğunu təsdiqləyir".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə