Vəhdət sədri həmkarlarını ittiham etdi

Tahir Kərimli: "Müxalifətin növbəti seçkilərdə də məğlubiyyəti labüddür"
Vəhdət sədri həmkarlarını ittiham etdi

Müxalifət heç vaxt vahid namizəd məsələsində razılığa gələ bilməz. Çünki öz aralarında o qədər anlaşımamazlıqlar çoxdur. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Müxalifətin vahid namizəd məsələsində razılığa gələ bilməməsi məsələsi özünü doğrultdu. "İsa Qəmbər heç kimi gözləmədən özünü müxalifətin vahid namizədi kimi elan etdi. Onun dediyinə görə, müxalifətin bütün nümayəndələri onu dəstəkləyəcək və müdafiə edəcək. Ancaq bu fikirlər özünü doğrultmadı. AXCP sədri Əli Kərimlinin buna cavbı dərhal gəldi. O, da bildirdi ki, mən də seçkilərdə öz namizədliyimi verəcəyəm. Bütün bunlar bir daha göstərir ki, İctimai Palatada təmsil olunan müxalif partiyalar heç vaxt bir-birlərinə güzəşt etməyəcək. İctimai Palatada vahid namizəd məsələsi mümkün deyil. Onlar hər zaman bir-birlərini gözdən salmağa çalışan üzdə dost, arxada düşmən olan insanlardır. İsa Qəmbərin bu addımı atması bir daha göstərdi ki, onun bu addımı İctimai Palatanın deyil, şəxsi mənafeyini güdməkdir.

İsa Qəmbərin verdiyi bəyanata münasibət bildirən Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) sədri Elşən Manafov isə hesab edir ki, İsa Qənmbər və Əli Kərimli bütövlükdə Azərbaycan müxalifətini təmsil edə bilməzlər. "Müsavat Partiyası başqanı İsa Qəmbər gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini açıq şəkildə sərgilədi. O, bəyan edib ki, Müsavat başqanı kimi bu seçkilərdə iştirak etmək, hətta qalib gəlmək fikrindədir. Ona görə də İctimai Palatanın növbəti prezident seçkilərində iştirak etmək istəyi bütün hallarda Müsavat Partiyasının istəyi və mövqeyi kimi qəbul olunur. Çünki müxalifət fərqli mövqelərin cəm olduğu məkandır. Belə yerdə də vahid fikir, mövqe məsələsi çətin reallaşır. Müxalifət partiyaları ideoloji baxımdan fərqli mövqelərdə dayanır. Heç şübhəsiz ki, gələn ilki seçkilərə qədər müxalif partiyaları arasında gərginliyə səbəb ola biləcək amillərdən biri də Açıq Cəmiyyət Partiyasının rəhbəri Rəsul Quliyevin həmin seçkilərə qatılmaq istəyi və mövqeyi ilə bağlı ola bilər. Daha bir maraqlı məqam isə AMİP funksioneri Əli Orucovun son vaxtlar verdiyi bəyanatlardır. Bunun üçün AMİP lideri Etibar Məmmədovun bu seçkilərə qatılmaq şansları da var. Bütün bunları nəzərə alsaq müxalifətin növbəti seçkilərdə məğlubiyyəti labüddür".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə