Çingiz Qənizadə: "Həmsədrlər Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı deyil"
Müsahibimiz millət vəkili Çingiz Qənizadədir
- Çingiz müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edirlər. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirməsinə nə dərəcədə yeni imkanlar yarada bilər?
- Düşünürəm ki, Minsk qrupunun həmsədrlərinin regiona yenidən səfər etməsi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müsbətə doğru heç bir imkan yaradan deyil. Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı deyillər. Burada obyektiv və subyektiv amillər var. Başlıcası ATƏT-in Minsk qrupuna daxil olan ölkələrdə Ermənistanın işğalçılıq siyasətinə dəstək verən müəyyən qüvvələr var. Bu baxımdan, həmsədrlər obyektiv ola bilməz. Demək olar ki, bu gün Fransa və Rusiyanın mövqeyi birmənalı olaraq, beynəlxalq hüquq normalarına zidd bir mövqedir. Bu da Ermənistanın bu və ya digər formada müdafiə olunmasına xidmət edir. Yəni, sözdə bir, əməldə isə başqa iş görürlər. Bu da açıq şəkildə görünür. Ona görə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu dəfəki səfərləri də mənasız səfərlərdən biri olacaq.
- Məlumatlara görə, səfər çərçivəsində həmsədlər yeni təkliflərlə çıxış edəcəklər. Sizcə yeni təkliflər nədən ibarət ola bilər?
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən ATƏT-in Minsk qrupunun həmsədrlərindən nə isə inandırıcı təkliflər görmürəm. Həmsədrlər tərəfindən səslənən bu cür mənasiz təkliflər zamanın uzanmasına xidəmət edən təkliflərdir. Bir sözlə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində olan təklifləri görüntü xarakteri daşıyır.
- Nəyə görə, beynəlxalq güclər Ermənistana qarşı ciddi təzyiqlər etmir?
- Təbii ki, beynəlxalq güclərin Ermənistana qarşı hər hansı bir ciddi təzyiqlə etməməsinin səbəbləri var. Yəni onları birləşdirən bəzi məqamlar mövcuddur. Bu məqamlarda, dini və milli faktorın olması, lobbiciliyin güclü olması və siyasi maraqların var olması başlıca amildir. ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində acizdirlər. Çünki həmsədrlərin təmsil olunduğu dövlətlərinin görünməyən siyasətləri başqa bir məqsədlərə xidmət edir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB