Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin elan edilməsi üçün dua etdiyini deyib: "Ümid edirəm ki, inşallah bu gün bir nəticə əldə edərik". SİA-nın məlumatına görə, baş nazir Pakistana səfərə gedərkən hava limanında jurnalistlərin suallarını cavablandırarkən bu sözləri deyib.
Jurnalistin baş nazirə Qəzzada atəşkəsin təmin edilməsi məsələsini xatırladaraq verdiyi suala Ərdoğan danışıqların Misirə səfəri zamanı başladığını qeyd edib. Tərəflər arasında atəşkəsə dair sənədlərin müzakirə olunduğunu deyən baş nazir: "Dünən axşam bu iş artıq həll edilməli idi. Təəssüf ki, dünən axşam gözlədiyimiz qərar çıxmadı və bu günə təxirə salındı",- əlavə edib.
Ərdoğan onu da qeyd edib kİ, atəşkəs əldə olunmayınca İsrail tərəfi yenə də öz çirkin əməllərini davam etdirir və Qəzzanı raket atəşinə tutacaq: "Hal-hazırda danışıqlar Misirdə davam edir. Bu müddətdə Türkiyə və Qətər olaraq öz işimizi yenə davam etdiririk. Ümid edirəm ki, inşallah bu gün bir nəticə əldə edərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB