Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Qəzzada baş verənlər müzakirə olunacaq. SİA-nın məlumatına görə, Mərakeş və Fələstin rəhbərliyinin BMT nümayəndələri TŞ-nın bugünkü iclasında Qəzzadakı vəziyyəti müzakirə edəcəklər. Ani iclasın səbəbi atəşkəs elan edilməməsidir.
Rusiya tərəfindən hazırlanan müraciətdə isə hücumun dərhal dayandırılması, problemin diplomatik yolla həlli istiqamətinə beynəlxalq səviyyədə dəstək verilməsi, İsrail və Fələstinin Yaxın Şərq sülh prosesi çərçivəsində müzakirələrə yenidən başlaması kimi məsələlər yer alıb.
Digər tərəfdən, Fələstinin BMT- dəki nümayəndəsi Riyad Mansour, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 140-dan çox adamın öldüyünü, təxminən 950 adamın da yaralandığını deyib.
Mansour, BMT-nin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda, Qəzzada həyatını itirənlər arasında çox sayda uşaq olduğunu ifadə edərək, BMT Təhlükəsizlik Şurasının hücumlar səbəbi ilə İsraili qınamasını istəyib.
Qeyd edək ki, daha əvvəl Ərəb Birliyi tərəfindən hazırlanan və Mərakeşin Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda Həmasın İsrailə raket hücumlarını pisləmədiyi səbəbindən ABŞ-ın etirazına səbəb olaraq ortaq nöqtəyə gələ bilməmişdlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB