Fuad Muradov: "Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir"

Fuad Muradov: "Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir"

"Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu bütün dünyada, xüsusən də Avropa qitəsində çox böyükdür". Bu fikri Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu məsələ təkcə Azərbaycan üçün yox, həm də Avropa üçün önəmlidir. Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin açılışı çox önəmli hadisədir.

"Bu nümayəndəliyin açılışında Avropanın bütün nüfuzlu siyasətçiləri, eləcə də, Avropa Komissiyasının Enerji Təhlükəsizliyi üzrə komissarı Günter Ottinger və 20-dən çox avropalı deputat iştirak edirdi". Brüsseldəki müzakirələrdə əsas vurğulanan məqam ondan ibarət oldu ki, Azərbaycan etibarlı tərəfdaş kimi özünü göstərir. Ümumiyyətlə uzun müddətdir ki, Azərbaycan Avropa enerji təhlükəsizliyi məsələsində yaxından iştirak edir. Biz Avropa ölkələri ilə tək enerji sahəsində yox, həm mədəniyyət, iqtisadiyyat sahələri üzrə də əlaqələr qurmağa çalışırıq"- deyə, F.Muradov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə