Qəzzada atəşkəsin təmin edilməsi məqsədi ilə aparılan diplomatik təmaslar çərçivəsində İsrailə gələn ABŞ-ın dövlət katibi Hillari Klinton İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda çıxış edən Hillari Klinton bildirib ki, ABŞ Qəzza məsələsində sülhün əldə olunması üçün əlindən gələni edir: "HƏMAS isə atəşkəs üçün İsraildən cavab gözləyir".
Qəzzadan İsrailə atılan raket hücumlarının sona çatmasının lazım olduğunu deyən Klinton vurğulayıb ki, bölgədə sabitlik və təhlükəsizlik yaradılmalıdır: "Prezident Barak Obamanın da tərəflərin liderləri ilə görüşündə bu məsələ xüsusi qeyd edilib".
Hücumlar əsnasında İsrail və Fələstin tərəfindən günahsız insanların həyatını itirməsindən dərin kədər hissi keçirdiyini deyən katib, Misirin Qəzzada atəşkəsin əldə olunmasını dəstəklədiyini təqdirəlayiq hal kimi qiymətləndirib.
"Bu məsələdə müzakirələrdən başqa variant yoxdur. Təhlükəsizlik təmin edilmədən sülhdən söhbət gedə bilməz",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB