Son illər daha çox aqressivliyi, dağıdıcı mövqeyi ilə gündəmə gələn müxalifətin xaricdən maliyyələşdirildiyi haqda məlumatlar təsdiqlənməkdədir. Lakin dağıdıcı müxalifət təmsilçiləri bununla razılaşmayaraq, deyilənləri ittiham kimi qəbul edirlər. Müsavat başqanı İsa Qəmbər isə "Yeni Müsavat" qəzetinə verdiyi son müsahibəsində açıq şəkildə etiraf edib ki, müxalifət partiyaları xaricdən maliyyələşir.
Onun bu fikri təmsil olunduğu düşərgədəki digər partiyaların hiddətinə səbəb olub. Sonuncu müsahibəsində AXCP-nin də bostanına daş atan İ.Qəmbərin müsahibəsi, necə deyərlər başına bəla açıb. Onun fikirləri ilə razılaşmayan Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Səs" qəzetinin müxbirinə açıqlamasında Müsavat başqanını sərt şəkildə ittiham edib: "İsa Qəmbərin düşüncəsinə görə kim ki, onun kimi düşünmür, onun yanında deyil, yəni ondan fərqli düşünürsə deməli o müxalifət deyil".
ADP sədri bildirib ki,son vaxtlar İsa Qəmbəri tanıya bilmir: "Mən kimin haqqında söz deyirəmsə, deməli onlar məndən də aşağı səviyyəli liderlərdir. Son vaxtlar Müsavat başqanını tanıya bilmirəm. Çünki verdiyi bəyanatlar mənim tanıdığım İ.Qəmbərə xas deyil. O, əvvəllər hər hansı bir fikir eşidirdisə onu düzgün analiz edə bilirdi. İndi məhdud bir dairədə əməkdaşlıq edir. Fikirlərinin cilalanmasında problemlər yaşayır, potensialı azalıb. Ona görə də son vaxtlar yalnış mövqelərdən çıxış edir".
ADP sədri S.Cəlaloğlu hesab edir ki, İ.Qəmbərin fikiləri yalnız sintetik mühakimədən ibarətdir: "Ümumiyyətlə baş verən hadisəyə ilkin mövqelər, fikirlər çox olmalıdır ki, həmin fikiləri təhlil edib və bunları ümumiləşdirib ondan ən düzgün həqiqəti çıxarmaq mümkün olsun. İ.Qəmbərin də bu imkanı olmadığına görə onun bütün fikiləri yalnız sintetik mühakimədən ibarət olur. Bir müddət əvvəl müxalifət bir araya gəlirdi. Bu zaman hər kəs fikrini deyəndən sonra bütün fikirləri özü üçün birləşdirib sintez edirdi. İndi isə təklənib, əyləşib otağında ayrı-ayı liderlərin fikirlərini bilmir və öyrənmir. Ona görə də özünün fikirləri sintetikdir. Bu fikirlər, xüsusi və fərdi fikir deyil. Bunlar da həqiqəti ifadə etmir".
İ.Qəmbərin düşərgədən vahid namizəd olmaq istəyi və bu məsələdə cəbhəçiləri belə öz ətrafına toplaması ilə bağlı fikirlərinə münasibət bildirən ADP sədri qeyd edib ki, Müsavat başqanının bu fikirləri səsləndirməsi birtərəfli qaydada özünü namizəd elan etmək və partnyoruna da bunu zorla qəbul etdirmək deməkdir: "Əgər Əli Kərimli desəydi ki, biz İ.Qəmbərin namizədliyini müdafiə edirik, onda İ.Qəmbərin haqqı var idi, desin ki, mən Ə.Kərimlinin də tərəfdarlarını öz komandama götürəcəyəm. Ə.Kərimlinin belə bir razılığının almadan və onun üzvlərini də öz komandasına görürəcək kimi fikirlər səsləndirmək artıq birtərəfli şəkildən bunu məcbur etmək deməkdir".
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB