Elman Nəsirli: “Rusiya tərəfi haqqı ödənilmədən Ermənistana silah-sursat verib”
Ermənistan Rusiyadan asılıdır

Ermənistan işğal olunan Azərbaycan ərazilərində yenidən genişmiqyaslı hərbi təlimlər keçirir. Hərbi təlimlərdə Rusiyanın Gümrüdəki hərbi bazasının texnikasının və əsgəri heyətinin də müəyyən mənada iştirak etdiyi bildirilir. Bu bir daha Rusiyanın Ermənistanın hərbi əməkdaşlığının geniş xarakter daşıdığını və bilərəkdən bunu Azərbaycanın yönəldilməsi kimi dəyərləndirilir.

Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli bildirib ki, Ermənistan məhz Rusiyanın dəstəyi və köməyi sayəsində, yəni işğalçı ölkədə Rusiya tərəfinin hərbi bazalarından istifadə etməklə Azərbaycan torpaqlarını işğal edib. Bir sözlə, Rusiya tərəfi haqqı ödənilmədən Ermənistana silah-sursat verib. Bu il də 102-ci hərbi bazadakı 30 obyektin hərbi sursatla dolu 10 obyekti Ermənistana bağışlanıb. Bütün bunlar da onu deməyə əsas verir ki, Rusiya Ermənistanı dəstəkləyərək işğalçı ölkəni silahlandırır. Məhz bu siyasətin nəticəsidir ki, Rusiyanın himayəsi altında Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların heç bir nəticəsi olmayıb. Sadəcə olaraq danışıqlar naminə danışıqlar baş verdi. Belə olan təqdirdə indiki vəziyyətdə yenidən orada hərbi təlimlərin keçirilməsi və Rusiyanın orada olan hərbi bazasından müəyyən mənada istifadə edilməsi kimi hallar nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan sülh danışıqlarını heçə endirilməsinə yönəlib. Bir sözlə, status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət göstərir. Bir sözlə, Ermənistanda prezident seçkiləri yaxınlaşdıqca mövcud Ermənistan iqtidarının hər ritorik bəyanatlarının sayı artaraq sərt olacaq, həm də belə əzələ nümayişi hərbi manevrlərin keçirilməsi şəklində öz əksini tapacaq. Bu da daha çox daxili auditoriyaya ünvanlanıb.

"Ermənistanın Qarabağdakı separatizmin zərərsizləşdirməsi üçün beynəlxalq birliyin ikili mövqe tutması Rusiyanın amili ilə əlaqələndirmək olarmı?" sualına cavab olaraq politoloq vurğulayıb ki, beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standart siyasəti nümayiş etdirir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qərarların heç birisi yerinə yetirilmir. Yəni, Ermənistan işğalçı bir dövlət olduğu halda ona qarşı heç bir ciddi təzyiqlər edilmir. Bu da bir növ Ermənistanı müdafiə etmək kimi qiymətləndirilir. Onsuz da gec-tez haqq ədalət öz yerini tutacaq və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcbur olacaq.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə