Vüqar Rəhimzadə: “Müxalifət yoxluğunu var kimi göstərmək istəyir” AÇIQLAMA
Ümumiyyətlə, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa hər hansı bir ölkənin nümayəndə heyəti gedirsə, bunadan Azərbaycanın xəbəri olmalıdır. Bu fikirləri SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdrarə Heyətinin üzvü Vüqar Rəhimzadə bildirib.
Azərbaycan ərazisinə hər hansı bir səfər baş tutursa bundan Azərbaycan hökumətinin xəbəri olmalıdır. Bununla bağlı rəsmi icazə alınmalıdır."Birmənalı olaraq Uruquvay parlamentinin nümayəndələrinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməyi, ərazi bütövlüyümüzü və sərhədlərimizi pozaraq ora daxil olması deməkdir. Uruquvay parlamentinin Ermənistandan Dağlıq Qarabağa səfər etəməsi Azərbaycana qarşı hörmətsizliyi və bütövlükdə beynəlxalq hüquq-norma prinsiplərinin pozulamsı deməkdir. Ümumiyyətlə Uruquvay parlamentinin bu səfəri qanunsuzdur və heç də müsbət bir addım deyil".
Müxalifətin icazəsiz aksiyaları ilə bağlı sualımızı cavabladıran baş redaktor bildirib ki, bu siyasi qüvvələr özlərinin varlıqlarını təsdiq etmək üçün belə hallara əl atırlar. "Azərbaycanda Müsavat və AXCP-nın siyasi bazası tamamilə tükənib, demək olar ki, yox dərəcəsindədir. Ancaq varlıqlarını sübut etmək üçün hansısa bir qanun pozuntusuna və icazəsiz aksiyalara əl atırlar. Ancaq insanlarımız onların bu addımını qətiyyətlə pisləyir və nifrətlə qarşılayırlar. Müxalifətə dəfələrlə aksiya keçirməsi üçün müvafiq yerlər ayrılıb. Ancaq onlar ayrılan yerlərdə mitinq keçirə bilmirlər, çünki, sosial bazaları yoxdur. Bir neçə nəfərin əhalinin gur olan yerinə toplaşıb özlərini gülünc vəziyyətə qoyması mitinq sayıla bilməz. hesab edirəm ki, bu tip icazəsiz aksiyalar əhali tərəfindən nifrətlə qarşılanır. Çünki onlar insanların yaşayış, istirahət hüquqlarını və şəhərdə asayişi pozmağa cəhd göstərirlər. Buna isə aidiyyəti qurumlar qanun çərçivəsində layiqli cəzalarını verirlər. İkinci bir məsələ müxalifətin çağırışlarının hər birində pozuculuq xarakteri daşıyır. Yoxluqlarını var kimi təqdim etmək üçün şoular keçirirlər. Fikrimcə vətəndaşlarımız onların layiqli qiymətlərini veriblər. Bunu üçün də artıq tarixin arxivlərindədirlər. Bu gün özlərini radikal müxalifət adlandıran insanların 1 illik hakimiyyətləri dövründə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirdilər. Hər bir insanımız o illəri çox yaxşı xatırlayır. Bu insanların kimliyinə yaxşı bələddirlər. Bu insanlar qadına, qocaya,uşağa zülm edən insanlar olublar. Öz şəxsi maraqlarını həmişə dövlətin, xalqın maraqlarından üstün tutublar.Həmin o dağıdıcı qüvvələr bəzi havadarlarının işarəsi ilə oturub durublar. Belə hərəkət etməklə asayişi poza bilməzlər. Çünki dövlətimiz çox qüdrətlidir. Hesab edirəm ki qüdrətli Azərbaycana xırda nüanslarla təsir etmək olmaz. Azərbaycanın hər bir vətəndaşı ağı qaradan seçməyi bacarır. Bunun üçün şoular təşkil etmək əbəsdir. Azərbaycanda çox uğurlu siyasət həyata keçirilir. Bu özünü istər daxili siyasətdə istərsə də xarici siyasətdə büruzə verir. Çünki bu siyasətin təməl daşını Ulu Öndərimiz Heydər Əliyev qoyub. Bu gün də bu siyasət möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir".
Son günlərdə Rüstəm İbrahimbəyovun sərsəm açıqlamalarına münasibət bildirən baş redaktor onun dediklərini absurd olduğunu bildirib. "Rüstəm İbrahimbəyovun söylədiyi absurd fikirlərdir. İnsanlar görülən bu işlərə qiymət verir. Vətəndaşlarımız ölkənin taleyüklü məsələlərində öz sözlərini deyib. Heydər Əliyev siyasətinə daim dəstək olublar. R.İbrahimbəyov isə öz şəxsi maraqlarının fonunda bu fikirləri söyləyir. O, bir neçə dəfə radikal qəzetlərdəki çıxışlarında özü özünü ifşa edib. Özünün daxili xislətini ortaya qoyub. Çünki R. İbrahimbəyov torpaq alverçisi kimi özünü Azərbaycan cəmiyyətinə təqdim edib. Hər hansı bir yerdən qanunsuz torpaq zəbt etmək, qanunsuz imtiyazlar əldə etmək qanuna ziddir. Belə addımlara da dövlətin aidiyyəti orqanları lazımı cavabı verir. R.İbrahimbəyov buna qane olmayanda artıq əskik danışır. Azərbayacan cəmiyyəti belə insanları yaxşı tanıyır və layiqli yerini göstərir. R.İbrahimbəyovun Qanunsuz dövlətlənmək həvəsi əbəsdir. R.İbrahimbəyov fəaliyyəti dövründə Azərbaycanın mənafeyi naminə müsbət fikir səsləndirməyib. Bu insan anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş bir adamdır. Ona görə də bu gün o daxili xislətini tam olaraq ortaya qoyur. Belə insanlar cəmiyyət tərəfindən nifrətlə qarşılanır. Ümumiyyətlə belə insanlar bir mənalı olaraq xalqın qınağına və məhvə məhkumdur".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB