“İP”-də növbəti istefalar başladı

“İP”-də növbəti istefalar başladı

İndicə aldığımız məlumata əsasən, AXCP-də istefalar başlayıb. AXCP-nin qocaman fəalları partiya sədrindən "İP"-dəki təmsilçiliyinə rəsmi şəkildə son qoymağı tələb edirlər və "İP"-də təmsil olunmaqdan kütləvi surətdə imtina edirlər. Belə ki, AXCP Sumqayıt şəhər şöbəsinin fəal üzvlərindən Namiq Əhmədli partiya sıralarından və İP-nın şəhər regional şöbəsindən istefa verib.

N.Əmədli istefasının səbəbi kimi "İP"-in məqsədsiz siyasətini, 20 il AXCP-Musavat muxalifçiliyindən bezdiyini, heç bir gələcəyin olmadığını əsas gətirib. Bundan başqa N.Əhmədli bütün müxalifətçiləri istefa verməyə səsləyib. Əldə olunan məlumata görə, artıq onlarla insan "İP"-dən istefa verməyə hazırlaşır.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə