Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Qəzzaya səfər edib. SİA-nın məlumatına görə, XİN rəsmisi Qəzza sektoruna quru qoşunların yeridilməsinin, ilk növbədə, İsrailin özünə ziyan vuracağını deyib. O buna səbəb kimi Təl-Əvivin regionda daha da təcrid olunmasına gətirib çıxarmasını göstərib.
XİN rəhbəri bildirib ki, Türkiyə və regionun başqa ölkələri İsrailin yerüstü əməliyyata başlamağa hazır olması barədə bəyanatlarını həyəcanla qarşılayır.
"Beləliklə, İsrail özünün təcavüzkar statusunu qəti olaraq möhkəmləndirəcək və özünü region ölkələrindən daha da təcrid edəcək", - Davudoğlu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB