Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə dünən partiyanın Nizami rayon təşkilatının "Start" Olimpiya Kompleksində yeni ərazi ilk partiya təşkilatı yaradılıb.
Təşkilatın təsis iclasında çıxış edən "Start" Olimpiya Kompleksinin direktoru Kamal Mehdiyev Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətinin və xalqının qarşısındakı tarixi fəaliyyətindən söz açıb. O, vurğulayıb ki, partiya yarandığı gündən ötən 20 il ərzində əldə etdiyi nailiyyətlər qəbul olunmuş siyasi xəttin düzgünlüyünün, Heydər Əliyev siyasi kursunun xalqımızın rifahına xidmət etdiyini təsdiqləyib.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın 20 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verib, YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirib və bu inkişafda gənclərin də rolunun çox böyük olduğunu qeyd edib.
Sonra təşkilati məsələlərə baxılıb.
YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədr və müavini müəyyənləşdirilib. Kamal Mehdiyev isə təşkilatın sədri seçilib.
Təsis iclasında, həmçinin, partiyaya üzv olmaq istəyənlərin müraciətlərinə də baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB