BMT-nin baş katibi: “Qəzzada baş verənləri qınayırıq”

BMT-nin baş katibi: “Qəzzada baş verənləri qınayırıq”

Qahirədə Misirin baş naziri Hişam Kandil BMT-nin baş katibi Pan Ki Munla görüşüb. SİA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən BMT-nin baş katibi "Qəzzada baş verən hadisələri qınayırıq" deyib.

Bölgədəki vəziyyəti ciddi qiymətləndirən Pan Ki Mun: "İsrailin özünü müdafiə etməyə və xalqının təhlükəsizliyindən narahat olmağa haqqı var və biz buna hörmət duymalıyıq, ancaq bu onlara Qəzzadakı mülki vətəndaşların öldürülməsinə və binaların dağıdılmasına haqq qazandırmaz" deyərək bütün tərəfləri atəşkəsə çağırıb.

Misirin bölgədə sülhün təmin edilməsi üçün xərclədiyi səyə diqqəti çəkən Pan Ki Mun, hərbi əməliyyatların davam etməsi nəticəsində insan tələfatı və dağıntılar daha da artacağını deyib. Misirin, Qəzzadakı böhranı həll etməyə və Fələstin xalqına kömək etməyə hazır olduğunu söyləyən baş nazir Hişam Kandil isə əməliyyatların tez bir zamanda dayandırılmasını vacib hesab edib.

"Daha pis nəticələrin baş verməməsi və gərginliyin aradan qalxması üçün təcili tədbirlər görülməlidir. Tərəfli müharibəni dayandırmağa çağırıram",- deyə BMT-nin baş katibi əlavə edib.

Pan Ki Mun həmçinin İsrailə gedəcəyini və israilli idarəçilərdən savaşı dayandırmalarını və beynəlxalq hüquqa əməl etmələrini istəyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə