"Xahiş edirəm ki, qəzetlərdə yazılan provokasiyalı məqalələrə fikir verilməsin. Gürcüstanın daxili işlər naziri bizdən iki həftə vaxt istədi ki, orada azərbaycanlılara qarşı olan bütün kriminal problemlər aradan qaldırılacaq". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə deputatların suallarını cavablandıran ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.
O qeyd edib ki, ümumiyyətlə, Gürcüstanda azərbaycanlılara qarşı baş verənlərdə siyasi çalar olmayıb: "Sadəcə, yeni hökumətin qurulması ilə əlaqədar idi. Bu da aradan qalxacaq".
R. Abdullayevin sözlərinə görə, Gürcüstan tərəfi bəyan edib ki, ARDNŞ ölkənin enerji təhlükəsizliyinin qarantıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB