Uruqvaylı parlamentarilərin DQ regionuna səfət etmələri birmənalı olaraq pislənilməlidir. Bu onu göstərir ki, Uruqvay dövləti separatçı rejimə dəstək verir onunla qarşılıqlı əməkdaşlıq edir. SİA-nın xəbərinə görə, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Uruqvay dövləti özü Birləşmiş Millət Təşkilatının (BMT) üzvüdür: "Onlar çox aydın şəkildə dərk edirlər ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnamə qəbul olunub. Qətnamədə bildirilir ki, Ermənistan tərəfi birmənalı olaraq işğalçı dövlət kimi tanınır. Həmçinin burada qeyd edilir ki, qeyri-şərtsiz ordu bölgədən çıxmalıdır və bir milyondan artıq qaçqın, məcburi köçkün öz yurd-yuvalarına qayıtmalıdırlar. Beynəlxalq sənədlər birbaşa olaraq açıq tezislərlə, mətnlərlə Ermənistanın işğalçı siyasətini pisləyir. Biz ATƏT-in Minsk qrupu həsmədrinin heç bir işə yaramadığını göstərməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB