İsrail və Fələstin dövlətinin yaranamasını nəzərdə tutan 1948-ci il tarixli BMT Təhlükəsizlik Şurasının qərarına bun günə qədər əməl olunmayıb. Həmin tarixdən etibarən Fələstin dövləti rəsmi şəkildə BMT-nin üzvlüyünə qəbul olunmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
"BMT-nin özü qəbul etdiyi qətnamələrə hörmətsizlik edir. Bu il BMT-nin UNECO təşkilatı Fələstini 194-cü üzv kimi qəbul etməsinə ABŞ başda olmaqla Qərb ölkələri etiraz etdilər. Bütün bunlar bir daha göstərir ki, İsrail Yaxın Şərqin şıltaq bir dövləti kimi ABŞ və Qərb dövlətlərinin əlində həm siyasi alət kimi, həm də İslam dünyasına təsir vasitəsi kimi müdafiə edirlər. İsrail də bu günə qədər həmin rolu çox uğurla oynayır".
Son günlərdə Fələstin və İsrail arasında baş verən hadisələrə münasibət bildirən politoloq "İsrail Fələstindən raket atılmasaydı belə bu addımı atmaq məcburiyyətidə idi. Birincisi, İsrail-Türkiyə münasibətləri çox kəskin vəziyyətdədir. Israilin Yaxın Şərqdəki mövqeləri zəiflədiyinə görə İsrail düşünür ki, bu yolla Türkiyəni oyuna cəlb edək. Çünki Türkiyənin indiki iqtidarı istər-istəməz Fələstini dəstəkləyir. Türkiyənin siyasi kartının vurulması NATO-nun yeganə müsəlman üzvü kimi Qərb dövlətərinə də sərf edir. Heç kəsə sərf etmir kimi Türkiyə kimi güclü dövlət dünya siyasətinə təsir edə bilsin. İkincisi, Türkiyə birmənalı olaraq təkcə türk dövlətlərinin deyil, eyni zamanda müsəlman dövlətlərinin artıq liderinə çevrilməyə başlayıb. Bu gələcəkdə Qərb dövlətələrinə müəyyən baş ağrısı yarada bilər. Bir növ Türkiyəni də yerində otuzdurmaq istəyirlər. Bu fonda da Fələstin-İran münasibətləri kifayət qədər yaxın olduğuna görə, həm də burda İranı cəzalandırmaq niyyətləri var. İranı dövlət terroru ilə ittiham etmək üçün indidən əsas hazırlanır. Bu şəkildə düşünən istənilən bir dövləti istənilən oyuna çəkmək olar".
İsrail-Fələstin münaqişəsi yeni dünya müharibəsinin başlağıcı ola biləcəyini bildirən siyasi ekspert bildiri ki, "Bütün bunlar MOSSAD-ın fəaliyyəti nəticəsində baş verir. Son günlər davam edən döyüşlərdə 80 nəfər ölüb, 720-si isə yaralanıb. Bunların əksəriyyətidə uşaqlardır. Bundan başqa Fələstin Azadlıq Təşkilatının hərbi qanadının liderləri öldürülüb. Bu da aydın məsələdir ki, İsrail bu addımlarla dünyanı yeni cahan müharibəsinə sürükləmək istəyir. Hadisələr bu şəkildə davam etsə Suriya yox, İsrail-Fələstin münasibətləri III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Çünki Qərb dövlətləri çalışdılar bunu Suriyanın əli ilə etsinlər. Ancaq bu siyasi kart öz bəhrəsini vermədi. Bununda alınmamasına səbəbi Rusiya və Çin kimi böyük əleyhdarlarının olmasıdır. Ona görə də İsrail-Fələstin qarşıdurması ilə yenidən Türkiyə və İranı oyuna çəkməklə daha güclü bir qarşıdurma yaratmaq istəyirlər".
Hadisələrin ABŞ-dakı seçkilərdən sonra baş verməsini ABŞ-ın maraqları hesab edən politoloq deyib: "Seçkilərə qədər Barak Obama bu məsələni gündəmə gətirmək istəmirdi. Bildiyimiz kimi ABŞ-dakı seçkilərdə Rokfellərlə Rotşildlərin qarşıdurması vardı. Dekabr ayının 21 də Rokfellər ailəsinin "Federal rezerv" bankının dolların kəsilməsinə dair bağladığı 99 illik müqavilənin müddəti başa çatır. Onlarda Mitt Romnini hakimiyyətə gətirmək istəyirdilər. Bu qarşıdurmanıda Rokfellər uduzduğuna görə Rotşildləri üstələmək, öz silahlarını satmaq üçün yeni bir müharibə ocağı yaratmaq lazım idi. Bu isə yalnız bu regionda ola bilərdi".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB