"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Uruqvay dövləti parlamentarilərinin Ermənistana səfər etmələri xoşagəlməz haldır". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Rəbiyyət Aslanova bildirib.
Onun sözlərinə görə, bu o demək deyil ki, biz Uruqvay dövləti ilə münasibətlərimizdə hər hansı başqa mövqe sərgiləyəcəyik: "Hesab edirəm ki, bütün bunların əksinə, biz öz fəaliyyətimizi daha da genişləndirməli və bütün ölkələrin parlamentariləri ilə dostluq münasibətlərini gücləndirməliyik. Ən başlıcası isə biz bu insanları Azərbaycan həqiqətlərinə inandırmalıyıq. Əksər parlamentarilərin Dağlıq Qarabağ regionuna səfər etmələri birmənalı olaraq erməni lobbisinin səyi nəticəsində reallaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB