"Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Vitse-spikerin sözlərinə görə, hansısa dairələrin istər Rusiya ilə, istərsə də digər dövlətlərlə qonşuluq münasibətlərimizə xələl gətirməsi ilə bağlı fəaliyyətləri olub, bu gün də var və yəqin gələcəkdə də olacaq: "Hesab edirəm ki, uzun illər qonşu olduğumuz Rusiya ilə münasibətlərimiz bu gün normal səviyyədədir və bu münasibətlərin inkişaf etdirilməsi üçün Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir".
"Əsas odur ki, hər iki dövlətin rəsmiləri bu təxribatlara getməsinlər, öz münasibətlərini davam etdirsinlər və davam etdirəcəklərinə də əminəm" - deyə, Bahar Muradova sözlərinə əlavə edib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB