Baş nazir: "Bizim canımız yanır”

Türkiyə Qafqazdakı münaqişələrin dinc yolla həlli üçün səyləri davam etdirəcək
Baş nazir: "Bizim canımız yanır”

Türkiyə gələcəkdə də Qafqazdakı münaqişələrin dialoq və əməkdaşlıq yolu ilə həll edilməsi üzrə səyləri davam etdirəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avrasiya İslam Şurasının forumunun açılışında çıxış edərkən bildirib. Onun sözlərinə görə, Türkiyə münaqişələrin dinc yolla nizamlanması üçün "Qafqazda sabitlik və əməkdaşlıq platforması" adı altında təşəbbüslə çıxış edib. Ərdoğan qeyd edib ki, Türkiyə bundan sonra da bu təşəbbüsü inkişaf etdirmək fikrindədir.

Nazir həmçinin çıxışında İsrail- Fələstin münasibətlərinə də toxunub: "Biz beynəlxalq təşkilatlardan artıq Qəzzadakı ədalətsizliklərə reaksiya vermələrini gözləyirik. Bizim canımız yanır",- deyə baş nazir çıxışında bildirib.

"İsrail uzun illərdir Qəzza sektorunun dinc sakinlərinə hücum edir ki, bu da onların ölümü ilə nəticələnir. Buna görə də hesab edirəm ki, İsrail terrorçu dövlətdir. Beynəlxalq ictimaiyyət Qəzza sektorunda baş verən faciəyə lazımi diqqət yetirmir. İstər Qəzzada, istər Suriyada, istərsə də Myanmada olsun, dünyada müsəlmanların ölümü dünya ictimaiyyəti və beynəlxalq təşkilatları narahat etmir", - o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə