"Suriyada xalqın bütün qanuni tələblərinin qarşılanması şərtdir. Hökumətin dialoq çağırışına bütün ölkə daxili qruplar cavab verməlidir". SİA-nın məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Əli Əkbər Salehi, Tehranda Suriya hökuməti və müxalifləri bir araya gəldiyi "Beynəlxalq Dialoq Toplantısı''nda çıxışı zamanı deyib.
Suriya hökumətinin xalqın qanuni tələblərinə cavab verməsi şərtdir deyən Salehi: "Suriya xalqı da digər ölkə vətəndaşları kimi azadlıq, çoxpartiyalı sistem və ədalətli seçkilərdə əsas hüquqlara sahib olmalıdır", -əlavə edib.
XİN rəsmisi onu da bildirib ki, tərəflər problemin birbaşa suriyalılar tərəfindən həlli mövzusunda həmfikirdir: "Heç bir tərəf problemin həlli üçün xaricdən müdaxilə olunmasını istəmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB