Elmar Məmmədyarov rəsmi səfərə dəvət edildi

Elmar Məmmədyarov rəsmi səfərə dəvət edildi

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirələr və beynəlxalq gündəmdə duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış "Diplomatik pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında Saziş"ə əlavələr edilməsi məqsədi ilə nota mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda Şeyx Abdulla bin Zahid Əl-Nəhyan Nazir Elmar Məmmədyarovu rəsmi səfərə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə