Mübariz Qurbanlı: “Rüstəm İbrahimbəyov ölkədəki vəziyyəti obyektiv təhlil edə bilən şəxs deyil”

Mübariz Qurbanlı: “Rüstəm İbrahimbəyov ölkədəki vəziyyəti obyektiv təhlil edə bilən şəxs deyil”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rüstəm İbrahimbəyovun hakimiyyət barəsində söylədiyi fikirlərə münasibət bildirib. YAP-çı millət vəkili M.Qurbanlı SİA-ya açıqlamasında deyib ki, R.İbrahimbəyov Azərbaycanda mövcud olan ictimai-siyasi proseslərdən kənar olan adamdır.

Onun sözlərinə görə, R.İbrahimbəyov ölkədəki vəziyyəti obyektiv təhlil edə bilən şəxs deyil: "Biz Rüstəm İbrahimbəyovun hakimiyyətlə bağlı söylədiyi əsassız çıxışlarını qətiyyətlə pisləyirik. Çünki, Azərbaycanda güclü hakimiyyət və xalqın hakimiyyətə böyük inamı var. Ona görə də R.İbrahimbəyovun bu cür pessimist proqnozları onun xəyalının məhsuludur. Ümumiyyətlə, incəsənətlə məşğul olan bir şəxsin siyasətə qəfil müdaxilə etməsi çox gülməli görünür".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə