İranlı tədqiqatçı Kamal Muradi yazdığı "Mədəniyyətlər və milli-etnik xüsusiyyətlər" elmi-tədqiqat əsərində (Muradi Kamal. Mədəniyyətlər və milli-etnik xüsusiyyətlər, Tehran: Pelk nəşriyyatı, 2012, 146 s. ) təcavüzkar Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindəki məscid və digər maddi mədəniyyət nümunələrinə qarşı soyqırımı törətməkdə ittiham edib. Əsərdə istifadə olunmuş fakt Azərbaycan Dövlət Teleqraf Agentliyinin internet səhifəsindən götürülən ("Ermənilərin Şuşa və Ağdam məscidlərini təhqir etdiklərini təsdiq edən orijinal fotoları böyük Ayətullah Lütfullah Safi Qolpayeqaniyə təqdim edilib" http://www.azertag.com/newsarchive?mod=1&date=2010-12-10&id=9379&partiti...) mənbə əsasında kitabın 9-cu səhifəsində yerləşdirilib.
Müəllif yazır ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməklə əslində beynəlxalq humanizm qaydalarına qarşı çıxır. Ağdam və Şuşa şəhərlərindəki məscidlərdən tövlə kimi istifadə olunması, ziyarətgtah, qəbiristanlıq və pirlərin dağıdılması faktları Azərbaycanın qədim maddi mədəniyyət nümunələrinə qarşı soyqırımıdır. Bu vandalizm aktları törədənlər tarix və bəşəriyyət qarşısında məsuliyyət daşıyırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB