Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, parlament seçkiləri sonra başladığı aclıq aksiyasına son qoyub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə nazirinin birinci müavini Raissa Moiseyenko deyib. O, keçmiş baş nazir Timoşenkonun 17 gün əvvəl başladığı aclıq aksiyasına son verdiyini açıqlayıb. Timoşenko alman həkimlərlə görüşündən sonra bu qərarı verib.
Ukraynada 28 oktyabrda keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbə qazanmasından sonra Timoşenko, seçkilərin şəffaf keçmədiyini əsas gətirərək aclıq aksiyasına başladığını açıqlamışdı.
Qeyd edək ki, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu müayinə etmək üçün Almaniyadan xüsusi həkim Ukraynaya gəlmişdi. Almaniya rəhbərliyi Timoşenkoya səhhəti ilə bağlı tibbi yardım göstərməyi təklif etsə də, Ukrayna rəhbərliyi bu təklifi rədd etmişdi. Timoşenko özü isə almaniyalı həkimin onu müalicə etməsinə razılıq vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB