ABŞ İsrailə dəstək çıxdı

ABŞ prezidenti Barak Obama Taylanda səfəri zamanı ölkənin baş naziri xanım Yinqlak Çinavatla keçirdiyi mətbuat konfransında Qəzza məsələsinə toxunub. SİA-nın məlumatına görə, prezident İsrailin özünü qorumağa haqqı olduğunu deyib.

"İsrailin özünü qorumağa haqqı var. İlk olaraq İsrailə raket atılmamalıdır. Dünyada heç bir ölkə xalqına qarşı bu kimi hadisələrin törədilməsi, xüsusilədə onların üzərinə raket atılmasını qəbul edə bilməz. Buna görə də İsrailin özünü qorumağa haqqı var",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə