“Erməni soyqırımı: mif və gerçəklik” FOTO

“Erməni soyqırımı: mif və gerçəklik” FOTO

Bu gün "Erməni soyqırımı: mif və gerçəklik" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən layihənin ideya meəllifi və millət vəkili Adil Əliyev çıxışında bildirib ki, kitab ingilis və rus dillərindən tərcümə olunub.

Onun sözlərinə görə, ermənilərin Azərbaycanda törətdikləri terror aktları bu kitabda yer alıb: "Zorakılığa, qəddarlığa əsaslanan terror çağdaş dövrün ən böyük problemlərindən biridir. Bir əsrdən artıq tarixi olan, ermənilərin əsassız ərazi iddialarını gerçəkləşdirmək ideyasını qarşısına başlıca məqsəd kimi qoyan erməni terrorizmi özünün xüsusi qəddarlığı ilə seçilir. Erməni terrorçuları öz arzularını həyata keçirmək yolunda nəinki müxtəlif millətlərin nümayəndələri, eləcə də fərqli düşünən ermənilərin özünün belə qanını tökməkdən çəkinmirlər".

Mübariz Qurbanlı kitabı ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, belə bir kitabın çap olunması siyasi və ideoloji əhəmiyyət kəsb edir: "Bütün sahələrdə Ermənistanı üstələməliyik. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində buna layiq olmuşuq. Ermənilərin yalanlarının ifşa olunmasında hər zaman uğurlarımız olub". M. Qurbanlı onu da əlavə edib ki, beynəlxalq bəla olan terrorizmə qarşı dünyanın bütün dövlətləri, insan haqlarını dəstəkləyən çoxsaylı qurumlar barışmaz mövqe nümayiş etdirir və insan qanına susuyan canilər öz layiqli cəzalarını vaxtında alırlar.

Millət vəkili Musa Qasımlı isə vurğulayıb ki, kitab tarixi gerçəklik və siyası baxımdan olduqca əhəmiyyətlidir: "Kitabda hamıya məlum olmayan faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, ABŞ konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif ifşa edilir. İlk növbədə erməni terrorizmi- onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotika ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub və indi də belə olaraq qalmaqdadır.

Tədbirdə iştirak edən millət vəkilləri kitab haqqında öz fikirlərini bölüşüblər. Təqdimat mərasimi mövzu ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, "Erməni soyqırımı: mif və gerçəklik" kitabı 1985-ci ildə ABŞ-da nəşr edilib. Bu kitabın azərbaycan dilində ilk nəşridir. Kitab mütəxəsislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Toplunun elmi redaktoru və məsləhətçisi Prezindent Administrasiyası ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənov, layihənin ideya müəllifi millət vəkili Adil Əliyev, rəyçiləri isə hüquq elmləri doktorları- Kamil Səlimov, Midhəd Qəfərov, millət vəkilləri Musa Qasımlı, Çingiz Qənizadə və Fuad Muradovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə