Müxalifətin qüvvəsi tükənib

Elşən Manafov: "Zaman-zaman müxalif partiya liderləri arasında ciddi fikir ayrılığı, qarşıdurmalar yaranıb"

Uzun illər müxalifət düşərgəsini təmsil edən qüvvələr reallığı əks etdirməyən xəyalarından əl çəkmək istəmirlər. Həmin müxalifət partiyalarını təmsil edən sədrlər üzdə gülüb, arxada bir-birinə qarşı quyu qazmağa calışıblar. "Dağıdıcı müxalifət partiyalarının sədrləri birinin digərini qəbul etməməsinin arxasında böyük iddiaların dayandığını söyləmək olarmı" sualına münasibət bildirən Demokratik Sol Partiyasının sədri Elşən Manafovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının gücü yoxdur. Onlar ictimai dəstəkdən, sosial bazadan məhrumdurlar: "Zaman-zaman müxalif partiya liderləri arasında ciddi fikir ayrılığı, qarşıdurmalar yaranıb. Bu gərginliklər seçkilər ərəfəsi özünü daha çox büruzə verir. Bu da onların ümumilli maraqlarından deyil, şəxsi maraqlardan cıxış etmələrindən irəli gəlir. Bütövlükdə müxalifətin ideya ilə çıxış etmək fikirləri alınmır. Müxalifət liderlərinin hər hansı bir təkliflə çıxış etməsi digərinin tənqidinə tuş gəlir. Demək olar ki, bu gün bəzi müxalifət qüvvələrinin ölkəmizlə bağlı xoşagəlməz fikirlərlə cıxış etmələri onlara başucalığı gətirmir. Əksinə bu cür şəxslər xalqın gözündən daha da düşür".

"İctimai Palata" deyilən qurum ümumi müxalifətin adından çıxış edə bilirmi" sualına gəlincə isə partiya sədri qeyd edib ki, "İctimai Palata" ümumi müxalifətin yox, daha çox öz adından çıxış etməlidir.

"Rəsul Quliyev tez-tez yerdəyişmə həyata keçirir. Səsi müxtəlif ölkələrdən gəlir. Onun maliyyə imkanları deyəsən daha böyükdür" fikirinə E.Manafovun cavabı belə olub ki, R.Quliyevin hansı maliyə resurslara malik olub, olmaması və bu resursları neçə eldə etib, etməməsi məsələlərinə hüquq mühafizə orqanları aydınlıq gətirməlidir. Yəni, bu məsələ ilə bağlı dəqiq nə isə deyə bilmərəm.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə