Müsahibimiz Vəhdət Partiyasının sədri Tahir Kərimlidir
- Tahir müəllim, dağıdıcı müxalifət partiya sədrlərinin bir-birini qəbul etməməsinin arxasında böyük iddiaların dayandığını söyləmək olarmı?
- Müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin bir-birini qəbul etməməsi onların şəxsi ambisiyalarının olması ilə bağlıdır. Ümumiyyətlə, istər ölkə daxilində, istərsə də ölkə xaricində müxalifət qüvvələrinin heç birinin siyasi gücü olmamasını hər kəs çox gözəl bilir. Gücsüz müxalifət güclü olmağa can atsa belə, artıq bu onlarda alınan deyil. Çünki cəmiyyətdə qazandıqları mənfi imic onlara arzu etdiklərini reallaşdırmağa imkan vermir.
- "İctimai Palata" deyilən qurum daha çox ümumi müxalifətin adından çıxış edir. ACP lideri Rəsul Quliyev onları hədəf seçir və müəyyən tənqidlər, təhqirlər səsləndirir. "İctimai Palata" ilə Rəsul Quliyevin bölə bilmədikləri maraqlar nədən ibarət ola bilər?
- Bildiyiniz kimi, "İctimai Palata" deyilən qurum müxalifət təşkilatı kimi deyil, uğursuzluğa dücar olan deputatlığa namizədlərin təşkilatı kimi yaranmışdır. Onlar daha çox "ərəb baharından" ruhlanmışdılar. Amma Rəsul Quliyev daha böyük vəzifədə çalışdığına görə, onun iddiaları da böyükdür. Qarşıdurmalar da məhz müxalifətin lideri olmaq eşqindən gedir. Yəni, hər biri özünü müxalifətin lideri hesab etmək istəyir. Buna görə də, sözügedən şəxslər arasında qarşılıqlı təhqirlər baş verir. Amma onların hansınınsa önə çıxması mümkün deyil. Çünki, istər R.Quliyev, istərsə də "İctimai Palata" da təmsil olunanlar tükənmiş simalardır.
- Rəsul Quliyevin səsi müxtəlif ölkələrdən gəlir. Yəni, R.Quliyev tez-tez yer dəyişmə həyata keçirir. Rəsul Quliyevi maliyyələşdirənlər var, yoxsa Azərbaycanda olduğu zaman yığdığı varıdat hesabına öz səfərlərini həyata keçirir?
- ACP lideri R.Quliyev Azərbaycanda olduğu zaman kifayət qədər imkanlar əldə etdi. İnandırıcı görünmür ki, R.Quliyev xaricidə özü üçün böyük biznes qursun və onu idarə etsin. Qısaca onu demək olar ki, R.Quliyev vaxtı ilə Azərbaycanda əldə etdiyi imkanlar hesabına xaricdə yaşayır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB