Bu gün Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə XDG-nın rəisi Aydın Bəşirov, "Professor Əziz Əliyev" gəmisinin kapitanı Faiq Məmmədov, Gəmiçiliyin gənclərlə iş üzrə şöbəsinin rəisi Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən XDG-nın rəisi Aydın Bəşirov bildirib ki, yarandığı ilk gündən o dövrün haqsızlıqlarına sinə gərərək sivil metodlarla mübarizə aparan YAP xalqın partiyası adını qazanmış ilk və yeganə siyasi təşkilatdır: "İlk gündən mühüm addımlar atan YAP müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi cəmiyyətin sağlam qüvvələrinin bu partiyaya inamını daha da artırıb".
Vurğulanıb ki, XDG-nın YAP ərazi ilk təşkilatı da dövlətimiz və partiyamız tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Sonra məruzə ətrafında digər çıxışlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB