"İstənilən icazəsiz aksiyaların sonluğunda problemlər yaranır, insanlar həbs edilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, icazəsiz aksiyalara qarşı cərimələrin tətbiqi ilə bağlı yeni qanun layihəsi qəbul olunub: "Ağır cərimələr gözlənilir. Bu baxımdan mən icazəsiz və qanunsuz mitinqlərin keçirilməsi təşəbbüsündə olan insanların mövqeyini başa düşə bilmirəm. Çünki təşkilatçılar kənarda qalır. Düzdür, son dəyişikliklərlə bağlı onlara da cərimələr nəzərdə tutulub. Ancaq sıravi vətəndaşlar bu cərimələrin qarşısında tab gətirə bilməyəcək. Həm də icazəsiz aksiyalar şəhərin digər sakinlərinin sərbəst hərəkət etmək, satıcıların ticarət etmək və insanların dincəlmək hüququnu pozur. Bu baxımdan mən bütün hallarda ayrılmış yerlərdə bu tədbirlərin keçirilməsinin tərəfdarıyam".
Parlamentdə icazəsiz aksiyalarla bağlı yeni qəbul olunmuş əlavə və dəyişkliklərə toxunan millət vəkili bildirib ki, icazəsiz aksiyaların keçirilməsi qəbul olunmuş qanunlara qarşıdır. "Bu tip aksiyalarla bağlı biz qanuna əlavə və dəyişikliklər edərək cərimə sanksiyalarını artırdıq. İcazəsiz aksiyaların keçirilməsinin özü qanunsuzdur. Belə hallara qarşı tətbiq olunacaq qanun varsa, aksiyada iştirak edən insanların əksəriyyəti problemlərlə üzləşəcəklər. Mənasız yerə insanları problemlərlə üzləşdirməyin tərəfdarı deyiləm. Hesab edirəm ki, ayrılmış yerlər var. Əgər ayrılan yerlər məqsədəuyğun deyilsə, yenə də danışıqlar aparılmalıdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB