"Uruqvay parlament sədrinin Dağlıq Qarabağa qeyri-qanuni səfəri və orada qondarma qurumun Uruqvayı tanıyacağı haqqında bəyanatı çox ciddi narahatçılıq doğurub. İlk dəfədir ki, bir ölkənin spikeri səviyyəsində Azərbaycanın razılığı olmadan onun işğal altında olan ərazisinə səfər edilir və bununla da suveren bir dövlətin ərazi bütövlüyünə qarşı açıq şəkildə hörmətsizliyə yol verilir". SİA-nın xəbərinə görə, bu haqda Millət vəkili Azay Quliyev öz profilində məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistanın və erməni diasporunun hazırkı mərhələdə əsas məqsədi işğal etdiyi Dağlıq Qarabağı müstəqil bir dövlət kimi ayrı-ayrı ölkələr tərəfindən tanınmasına nail olmaqdır: "Bunun üçün ermənilər uzun müddətdir ki, iş aparır və "zəif bəndi" tapmağa çalışırlar. Erməni hiyləgərliyinə uyğun olaraq onlar bu çirkin niyyətlərini həyata keçirmək üçün bizim bölgəni yaxından tanımayan uzaq olkələri ( Avstraliya və Cənubi Amerika ölkələri ) öz yalanları ilə aldatmağa çalışırlar. Təəssüflər olsun ki, Uruqvay spikerinin son səfəri göstərir ki, hadisələr belə bir təhlükəli ssenari üzrə inkişaf edə bilər. Nəzərə alsaq ki, qondarma erməni soyqırımının tanınması prosesi də məhz ilk dəfə 1965-ci ildə Uruqvaydan başlayıb və sonradan dünyanın bir çox ölkələri tərəfindən qəbul edilib, o zaman bu bədnam ölkənin ermənilərin əlində bir alət olduğunu və "zəif bənd" rolunu oynadığını görməmək mümkün deyil. Bu isə bizim üçün yaxşı heç nə vəd etmir. Əgər Uruqvayın qarşısını ala bilməsək, qondarma qurumun tanınma prosesinin zəncirvari şəkildə digər ölkələrə sirayət etməyəcəyinə heç kim zəmanət verə bilməz".
Deputat hesab edir ki, belə olan təqdirdə dünya ictimaiyyəti adlandırdığımız toplum və xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri bu olayı pisləyəcəkmi? Bəlkə elə bu ssenari ATƏT-in Minsk qrupunun həmsədrlərinin özləri tərəfindən hazırlanıb? Hərhalda biz heç kimi gözləmədən öz etiraz səsimizi ucaltmalıyıq: "Bu gün Dağlıq Qarabağın "de yure" olaraq bizdən qopardılmasına hədəflənən bu təhlükəli planın qarşısına təkcə hökumət deyil, bütün xalq, cəmiyyətin ayrı-ayrı təbəqələri, siyası partiyalar, QHT-lər, media və bir sözlə hamımız çıxmalıyıq. Milli Məclis təxirə salmadan etiraz bəyanatı qəbul etməli və bir qrup nümayəndə heyətini Uruqvaya göndərməlidir. Bütün diplomatik resurslar bu istiqamətə yönləndirilməli, aparıcı ölkələr və beynəlxalq təşkilatlar təhlükə haqqında vaxtında məlumatlandırılmalıdır. Ümid edirəm ki, bu dəfə də bu təxribatın qarşısını ala biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB