Elçin Mİrzəbəyli: "Qanunsuz aksiaynın iflasa uğrayacağı öncədən bəllidir"

Elçin Mİrzəbəyli: "Qanunsuz aksiaynın iflasa uğrayacağı öncədən bəllidir"

Qondarma radikal müxalifətin keçirdiyi aksiyanın daha öncələrdə keçirdiyi aksiyalar kimi heç bir əhəmiyyəti olmayacaq. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mİrzəbəyli deyib.

Onun sözlərinə görə, bu aksiyanın məqsədi heç də ölkədə aparılan islahatlara dəstək verməkdən və konkret bir məsələylə bağlı etirazın nümayişi deyil: "Qanunsuz aksiyaların keçirilməsinə səbəb Azərbaycanı sevməyən qüvvələr tərəfindən səslənən mesajların çatdırılmasıdır. Növbəti dəfə bu qruplar ölkədə şou göstərməyə cəhd göstərəcəklər və bununla da diqqəti özlərinə cəlb etməyə çalışacaqlar. Burda zərrə qədər də olsun Azərbaycan xalqının və dövlətin maraqlarının müdafiə olunması, nə də siyasi-hüquqi islahatların davam etdirilməsi məsələsi dayanır. Bu baxımdan ənənəvi müxalifətin ənənəvi şou göstərməsi kimi qiymətləndirilməlidir. Bu əməllərinin iflasa uğrayacağı da öncədən bəllidir".

Müxalifətin "Sərbəst toplaşmaq haqqında" qanuna məhəl qoymadan keçirdiyi qanunsuz aksiyalara da münasibət bildirən politoloq deyib: "Əgər qanun qəbul olunubsa və "Sərbəst toplaşmaq haqqında" qanunvericilikdə aksiyaların keçirilməsinin sərhədləri müəyyənləşdirilibsə bu prinsiplərə əməl edilməlidir. Bu prinsiplərə əməl etməkdə hər bir Azərbaycan vətəndaşının borcudur. Bu və ya digər məsələ ilə razılaşmamaq olar amma bu özünü hüquqi müstəvidə büruzə verməlidir. Onlar qanunvericiliyə uyğun sənəd hazırlaya və çıxış edə bilərlər. Bu və ya digər məsələlərlə bağlı cəmiyyətdə müzakirələr aça bilərlər. Bunu üçün xüsusi şouların keçirilməsinə heç bir ehtiyac yoxdur".

Müxalifətin son günlərdə Konistitusiyaya dəyişikliklər edilməsi haqqında fikirlərini isə tamamilə səhv addım kimi qiymətləndirən Elçin Mirzəbəyli bu haqda deyib: "İsa Qəmbər Konistutisiyanın dəyişdirilməsi məsələsini ortaya qoyub. Bu kökündən yalnışdır. Qeyd edim ki, Konistitusiyaya dəyişikliklərlə bağlı ilk təşəbbüs BAXCP-yə aiddir. Bu gün İsa Qəmbərin səsləndirdiyi tezislərin böyük əksəriyyəti həmin layihədən götürülüb. Bu layihə İsa Qəmbərin və Arif Hacılının da iştirakı ilə 2007-ci ildə dəyirmi masada müzakirə olunub. Həmin layihələr bütün siyasi partiyalara təqdim olunub. Bu layihəni dəstəkləyən və imzalayanlardan biridə məhz Müsavat Partiyası olub. Bu gün BAXCP-nın Konistitusiyaya dəyişikliklərlə bağlı hazırladığı sənədi çox pis şəkildə kopyalayaraq ictimaiyyətə təqdim etməyə çalışırlar. Hesab edirəm ki, hüquqi dövlət quruculuğu ilə çıxış edən insanlar müəllif hüquqlarına sayğı duymalı və başqalarının əməyini mənimsəməli deyillər. Əgər söhbət doğrudan da cəmiyyətin inkişafindan gedirsə və bu inkişafa stimul verəcək qanun layihəsi kim tərəfindən və ya hansı partiya tərəfindən irəli sürülməsindən asılı olmayaraq dəstəklənməlidir. Azərbaycanin gələcəyinə və onun inkişafina öz fərdi maraqları çərçivəsində deyil, millətin və dövlətin maraqları çərçivəsində yanaşan insanlar məhz belə dünyagörüşündən çıxış edirlər. O şəxslər ki, istənilən vəziyyətlərdə siyasi və korporativ maraqlarını güdürlər onların yanaşmaları məhz İsa Qəmbər kimi olacaq".

Fransa - Ermənistan münasibətərinə də toxunan politoloq hesab edir ki, Ermənistanın nümayiş etdirdiyi aqressiv münasibət danışıqlar prosesini davam etdirmək üçün yeni zəmin yaratmayacaq. "Son dövrlərdə Fransanın rəsmi dairələri, senatorları Dağlıq Qarabağ probleminin həlli ilə müxtəlif tezislərlə çıxış edirlər. Sarkisyanın səfəri çərçivəsində bu müzakirələrin aparılacağı və davam etdiriləcəyi şübhəsizdir".

Ermənistanı müstəqil siyasət yeritmədiyini və özü-özünü idarə edən dövlət olmadığını bildirən poltoloq hesab edir ki, Ermənistana kim havadarlıq edirsə onun sözləri ilə də hərəkət edəcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə