"Ermənistanla bizim hərbi gücümüzü müqayisə etmək səhvdir"

"Ermənistanla bizim hərbi gücümüzü müqayisə etmək səhvdir"

Milli Məclisdə (MM) 2013-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkənin milli maraqlarının qorunması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən ayrılan vəsaitin artırılmasını təklif edib. SİA-nın məlumatına görə, o, söylədiklərinin milli maraqların müdafiəsi üçün əhəmiyyət kəsb etdiyini deyib: "Bu məqsədlə büdcəyə təkrar baxılması zamanı Şuraya ayrılan vəsaitin artırılması məqsədəuyğun olardı".

Deputat Rəfael Cəbrayılov isə çıxış etməyərək növbəsini BAXCP sədri Qüdrət Həsənquliyevə verib. Q. Həsənquliyev isə deyib ki, iqtisadi sahədə islahatlar aparılmalıdır. O, 2013-cü il dövlət büdcəsində hərbi xərclərin daha çox – 25 faiz artırılmasını da təklif edib. BAXCP sədri elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının zəruriliyini də vurğulayıb: "Müəllimlərin, həkimlərin maaşları artırılmalıdır".

Q. Həsənquliyev Naxçıvan MR-ə ayrılan büdcənin 2013-cü il üçün 1 faiz azaldılmasının da düzgün olmadığını bildirib.

MM sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycanın hərbi büdcəsi qədərincədir: "Bizimlə Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir. Amma biz ölkəmizi militarist ölkə elan edə də bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə