"Biz qanunsuz aksiyaların keçirilməsinə qəti etiraz edirik və bunu təşkil edənləri pisləyirik". Bunu SİA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Hakim partiya rəsmisi bəyan edib ki, YAP qanun çərçivəsində təşkil olunan bütün aksiyaların tərəfdarıdır: "Amma qanuna zidd olan bütün tədbirlərin təşkilinə qarşıyıq və bu cür addımların qarşısı hüquq çərçivəsində alınır. Əgər müxalifət yenə də qanunsuz aksiya keçirməyə cəhd edəcəksə, o zaman yenə də buna imkan verilməyəcək".
Xatırladaq ki, müxalifət tərəfdarları "facebook"da mitinqə çağırış ediblər.
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB