Zərurətdən yaranmış partiya

Yeni Azərbaycan Partiyasının Yaranmasının 20-ci il dönümü münasibəti ilə YAP Goranboy rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi və sərbəst güləş üzrə rayonlar arası zona yarışları keçirilibdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov Yeni Azərbaycan Partiyasının keçdiyin şərəfli 20 ilinin qələbələrlə dolu şərəfli tarix olduğunu söylədi. Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını deyən E.İsmayılov, həmçinin partiyanın müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən ətraflı danışdı. O, qeyd etdi ki, YAP özünü ölkənin siyasi həyatında həlledici rol oynamaq qüdrətinə malik bir siyasi qüvvə kimi təsdiqləyib.

YAP Goranboy rayon təşkilatının gənclər və idman idarəsinin rəisi Elşad Həsənov Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibəti ilə yarış iştirakçılarını təbrik etdi və onlara bu yolda uğurlapr arzuladı. Bildirdi ki, yarışda Goranboy, Gəncə, Şəmkir, Göy-Göl rayonlarından, ümumilikdə 12 çəki dərəcəsi üzrə 96 idmançı öz güclərini sınayacaq.

Sonra idmançıların yarışları keçirildi. Sonda yarış qalibləri fəxri fərman və medallarla təltif edildilər.

A.Səmədova

Bütün xəbərlər Facebook səhifəmizdə