Sumqayıtlılar YAP-ın 20 yaşını qeyd edib

Sumqayıtlılar YAP-ın 20 yaşını qeyd edib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə Sumqayıt şəhər Hüseyn Ərəblinski adına Musiqili Dövlət Dram teatrında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, idarə, müəssisə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimə partiyanın yaranma tarixi və ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında xidmətlərindən bəhs edən filmin nümayişi ilə start verilib. YAP-ın rayon təşkilatının sədri Asif İmaməliyev bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ölkənin həyatında yeni dövrün əsasını qoyub: "Məhz ulu öndərin liderliyi ilə siyasi təşkilat iqtidar partiyasına çevrilib və ölkənin siyasi həyatında tutduğu mövqeyini daha da möhkəmləndirib. Hazırda YAP Sumqayıt şəhər təşkilatının 20 min üzvü var və bunlar da 312 təşkilatda birləşib. Son 2 ildə partiya sıralarına 4 min yeni üzv qəbul olunub".

Daha sonra tədbirdə Sumqayıt şəhər təşkilatının iyirmininci üzvü Aslanova Rəna Zahid qızına YAP-ın xüsusi vəsiqəsi təqdim olunub. Mərasim ərəfəsində qeyd olunub ki, YAP siyasi qüvvə kimi respublikanın ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. Bildirilib ki, partiya bütün seçkilərdə inamlı zəfər qazanıb: "2010-cu ildə keçirilən parlament seçkiləri partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayıb. Azərbaycan Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.

Sonda mərasimə konsert proqramı ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə