Hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov Milli Məclisin plenar iclasında bəzi hökumət üzvlərini tənqid edib. SİA-nın xəbərinə görə, Ə.Əhmədov bir sıra hökumət üzvlərinin 2013-cü il büdcə layihəsinin müzakirəsində iştirak etməməsinə sərt münasibət göstərib: "Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər, deyilənləri nəzərə alsınlar. Onların burada iştirak etməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB