"Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının erməni icması və Dağlıq Qarabağ məsələsi ilə məşğul olmağa yeç bir mənəvi haqqı yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağ Azərbayacanlıları icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, Söyün Sadıqov kimilər bu gün ermənilərlə üzbəüz oturub Azərbaycanın taleyüklü məsələsinin müzakirə edə bilməz: "Hazırda Dağlıq Qarabağın erməni və Azərbaycan icması arasında görüşün keçirilməsi istiqamətində işlər aparılır. Ancaq bu görüşün vaxtı dəqiq deyil. Görüşdə iki icma arasında itirilən əlaqələr, inam və etimadın bərpa edilməsi, gələcəkdə birgə yaşayış forması müzakirə predmeti müzakirə olunacaq".
Rzayev onu da əlavə edib ki, sadəcə bu görüşün baş tutmamasında Ermənistanın bugünkü prezidenti Serj Sarkisyan maraqlı deyil.
Görüşün harada və hansı formatda keçirilməsinə aydınlıq gətirən Rzayev bildirib ki, biz istənilən yerdə və formatda görüşün reallaşmasında maraqlıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB