"Ermənilər tərəfindən dağıdılan, yaxud öz məbədləri kimi istifadə olunan dini məbədlərin siyahısı artıq hazırlanıb". SİA-nın xəbərinə görə, sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında deyib.
E.İskəndərovun sözlərinə görə, həmin siyahıda yer alan məlumatların bu günlərdə Böyük Britaniya Parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda keçirilən konfransda təqdimatı olub: "Burada söhbət alban, xristian kilsəsinə məxsus, mənimsənilmiş abidələrdən gedir. Bunları, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində islam irsinə məxsus məbədlər və dini mərkəzlər haqqında məlumatları da dünya ictimaiyyətinə çatdıracağıq. İlk dəfə olaraq həmin siyahını Londonda təqdim etdik. Bu barədə məlumatlar böyük marağa səbəb oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB