Azərbaycanda idaretmədə elmi nəticələrdən çox aktiv şəkildə istifadə olunur. O cümlədən din-dövlət münasibətlərinin tənzimlənməsində bu sahədə idarəetmə işlərində elmi təhlillərin nəticələrinə çox böyük ehtiyac var. Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.
Onun sözlərinə görə, bütün bunlar çox aktiv şəkildə istifadə olunmalıdır: "Sorğunun nəticələri dövlət komitəsinə təqdim edilib. Bu sorğular onu göstərir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Eyni zamanda əhalinin əksər hissəsi bu istiqamətdə aparılan işlərdən razıdır. Bununla yanşı ölkəmizdə milli-mənəvi dəyərlərimizə, dinimizə marağımızın artması da müşahidə olunur. Eyni zamanda sorğuda o da məlum olub ki, əhalinin və vətəndaşların dini sahədə marifləndirilməsinə böyük ehtiyac var. Təbii ki, bu sadəcə, dövlət qurumlarının işi deyil. Bütövlükdə cəmiyyətin və mətbuatın işidir".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB