12 noyabr Konstitusiya günü respublikanın digər bölgələrində olduğu kimi, Lənkəranda da müxtəlif tədbirlərlə qeyd edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, belə tədbirlərdən biri də Heydər Əliyev Mərkəzində keçirilib. Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri və mətbuat nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq iştirakçıları Konstitusiya günü münasibətilə təbrik edib. Kontitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirən S.Şəfiyeva bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən və tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirib.
Sonra Mərkəzin fond müdiri Aygün İbrahimova çıxış edərək Azərbaycan Konstitusiyasının qəbul olunması tarixindən və Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışıb. O bildirib ki, Azərbaycan Konstitusiyası Heydər Əliyevin şah əsəridir.
Tədbirdə həmçinin iştirakçılara Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonda tələbələr Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.
Tələbələri maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB