Bahar Muradova: “ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə doğru aparılır”

Bahar Muradova: “ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə doğru aparılır”

"ABŞ-Azərbaycan münasibətləri indiyədək mövcud olan baza üzərində inkişaf etdiriləcək". Bunu SİA-ya eksklüziv açıqlamasında Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ABŞ-da keçirilən prezident seçkiləri zamanı Barak Obamanın növbəti dəfə qalib gəlməsinin ölkələrarası münasibətlərə təsiri məsələsinə münasibət bildirərkən deyib.

Vitse-spiker bildirib ki, ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə doğru aparılır. Onun fikrincə, ABŞ-ın Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı müəyyən maraqları mövcuddur: "Bizim həm ikitərəfli, həm də çoxtərəfli maraqlarımız var. İnanıram ki, bu maraqların ödənilməsi üçün münasibətlər daha da yaxşılaşdırılacaq. Mən fürsətdən istifadə edib Amerika seçicilərini, xüsusilə demokratları təbrik edirəm. Çünki, onların namizədləri olan Barak Obama yenidən prezident seçilib".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə