"Serj Sarkisyan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil"

"Serj Sarkisyan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil"

Ermənistandakı müharibə çağırışlarının bir çox səbəbləri vardır. Birincisi ölkədə çox ciddi böhranın yaşanmasıdır. Digər tərəfdən Ermənistanda iqtisadi durum fəlakətli vəziyyətdədir. Bunu SİA-ya "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bununla belə S.Sarkisyan hökuməti verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil: "Onlar nəinki Dağlıq Qarabağın beynəlxalq birlikdə tanıdılması istiqamətində vədləri yerinə yetirə bilmir, hətta Xankəndində inşa etdirdikləri hava limanından da istifadə etmək gücünə malik deyillər. Müharibə bəyanatlarının da əsasında diqqətin bu proseslərdən yəni aclıqdan, böhrandan yayındırılmasına xidmət edir. Eyni zamanda burada digər faktorlar da vardır. Burada tək Ermənistan deyil, bu ölkəni nəzarətdə saxlayan, idarə edən güclərin də maraqları vardır. Müharibə qorxusu hər bir erməninin canındadır. Azərbaycanın iqtisadi və hərbi potensialı yetərlidir ki, bu müharibəni qələbə ilə başa çatdırsın. Təbii ki, Ermənistanda bu ritorika davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə